İsrail HƏMAS-ı bir həftəlik hərbi əməliyyatları dayandırmağa çağırıb


İsrail hakimiyyəti HƏMAS-ı məhbusların azad edilməsi ilə bağlı yeni razılaşma çərçivəsində bir həftəlik döyüşləri dayandırmağa dəvət edib.


Bu barədə "Axios" portalı öz mənbələrinə istinadən xəbər verir.

Mossad rəhbəri David Barneanın 40-a yaxın məhbusu azad etmək üçün HƏMAS ilə danışıqları bərpa etmək yolunu təklif etdiyi bildirilir. Bunlara qadınlar, 60 yaşdan yuxarı kişilər, həmçinin tibbi yardıma ehtiyacı olan insanlar daxildir.

Bundan əvvəl məlum olmuşdu ki, Fələstinin radikal HƏMAS hərəkatı hərbi əməliyyatlar zamanı girovların dəyişdirilməsi ilə bağlı hər hansı danışıqlardan imtina edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu