Yaponiyada maliyyə qalmaqalı: Hakim partiyanın rəhbərliyində dəyişiklik edildi


Yaponiyanın baş naziri və hakim Liberal Demokrat Partiyasının (LDP) sədri Fumio Kişida siyasi ianələrin toplanması zamanı maliyyə hesabatlarının pozulması ilə bağlı qalmaqal fonunda partiyanın rəhbərliyində dəyişiklik edib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, dəyişikliklər partiyanın iclasında təsdiqlənib.

Siyasi Şuranın yeni rəhbəri daha əvvəl istefa vermiş Koişi Haqiudanın yerinə keçmiş təhsil, mədəniyyət, idman, elm və texnologiya naziri Kisaburo Tokai olub. Siyasi Şuranın rəhbəri LDP-nin əsas fiqurlarından biridir. O, partiyanın təklif etdiyi siyasət və qanun layihələrinin koordinasiyasına cavabdehdir.

Parlamentlə qarşılıqlı əlaqə üzrə partiya komitəsinin rəhbəri vəzifəsi Tsuyoşi Takaqini keçmiş müdafiə naziri Yasukazu Hamada ilə əvəz edib.

Keçən həftə baş nazir Kişida hökumətin tərkibində dəyişikliklər edərək, Nazirlər Kabinetinin ikinci ən mühüm baş katibi vəzifəsində Hirokazu Matsunonu keçmiş xarici işlər naziri Yoşimasa Hayaşi ilə əvəz etdi. Yeni İqtisadiyyat, Ticarət və Sənaye naziri, İnzibati işlər naziri və Kənd Təsərrüfatı İdarəsinin rəisi də təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu