Yaponiyanın baş naziri qalmaqala görə fraksiyanı tərk edib
Yaponiyanın baş naziri Fumio Kişida partiya illərlə maliyyə vəsaitlərinin gizlədilməsi və deputatlara rüsumların ödənilməsi ilə bağlı qalmaqala görə öz Koçikay fraksiyasını tərk edib.
Bu barədə yerli media məlumat yayıb.
Kişida əvvəlcə fraksiya rəhbəri vəzifəsindən istefa vermək istəsə də, qalmaqalın fonunda partiya daxilində baş verənlərə obyektiv və qərəzsiz qiymət verilməsi səbəbindən fraksiyadan çıxmaq qərarına gəlib.
Telekanalın məlumatına görə, qalmaqal siyasətçilərin qəbullar vasitəsilə topladıqları vəsaitə görə baş verib.