"Mançester Yunayted" səhmlərinin 25 faizini satdı
İngilis nəhəngi “Mançester Yunayted”in ABŞ-lı Qleyzerlər ailəsinə məxsus səhmlərinin 25 faizi ingilis iş adamı Cim Ratkliffə 1 milyard 250 milyon sterlinqə satılıb.
İngiltərə Premyer Liqa komandalarından olan "Mançester Yunayted" klubunun 25 faizinin satışı üçün britaniyalı iş adamı Cim Ratklifflə razılaşdığını açıqlayıb. Klubun səhmlərinin 25 faizini 1,25 milyard funt-sterlinqə satın alan neft-kimya şirkəti INEOS-un qurucusu Ratkliff futbol əməliyyatlarına nəzarətdə də söz sahibi olacaq.
71 yaşlı Cim Ratkliff həmçinin Old Trafford Stadionuna investisiyalar üçün 236 milyon funt sterlinq təmin edəcək.
Qeyd edək ki, ABŞ-lı Qleyzer ailəsi 2005-ci ildə klubu 790 milyon funta satın almışdı.