Çin Prezidentindən "Tayvanla birləşmə" mesajı
Çin Prezidenti Si Cinpinq Çinin üzərində suverenlik mübahisəsi olan Tayvanın materiklə birləşməsini qaçılmaz bir tendensiya və haqlı səbəb olaraq səciyyələndirib və birləşməyə nail olmaq üçün separatizmin qarşısını hər cür lazımi vasitə ilə alacaqlarını bildirib.
Çin Xalq Respublikasının qurucusu Mao Zıdunun 130-cu ildönümü münasibətilə Böyük Xalq Salonunda keçirilən simpoziumdakı çıxışında Si Cinpinq Tayvan məsələsini dəyərləndirib.
Si, Çinin yenidən birləşməsinin qaçılmaz tendensiya, Çin millətinin ədalətli işi və xalqın istəyi olduğunu vurğulayıb.
Si bildirib ki, Tayvanı Çindən ayırmaq istəyənlərin qarşısını hər cür vasitə ilə alacaqlar.