KİV: Rusiya Kaxovka bəndinin dağılması nəticəsində ölənlərin sayını gizlədir
"Associated Press" xəbər agentliyi Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynanın Xerson vilayətində Kaxovka bəndinin vurulması nəticəsində yaranan daşqınlarda həyatını itirənlərin sayının Rusiyanın elan etdiyindən çox olduğunu iddia edib.
Nəşrin yerli səhiyyə rəsmiləri ilə müsahibələrə əsaslanan hesabatında iyun ayında vurulan Kaxovka bəndinin səbəb olduğu daşqınlarda ölənlərin sayı şübhə altına alınıb.
Xəbərdə iddia edilib ki, Rusiya səlahiyyətliləri ölüm sənədlərini nəzarətə götürərək, ailələri müəyyən edilə bilməyən cəsədləri tez bir zamanda çıxararaq və yerli səhiyyə işçilərini ölülərə yaxınlaşmağa icazə verməyərək, əsl ölənlərin sayını ört-basdır edib.
Xəbərə görə, Rusiya daşqınlarda 59 nəfərin öldüyünü bildirib. Yerli səhiyyə rəsmiləri hətta cəmi 16 min insanın yaşadığı Oleski şəhərində 200-300 nəfərin öldüyünü bildirib.
Adının açıqlanmasını istəməyən bir səhiyyə rəsmisi AP-yə həyat yoldaşı və iki qonşunun daşqınlarda ən azı 100 cəsədin boğulduğunu gördüyünü söyləyib.
Cəsədləri mərkəzdəki qəbiristanlığa aparıb kütləvi məzarlıqda basdırdıqlarını deyən məmur sonradan ruslar tərəfindən hədələndiklərini vurğulayıb.