HƏMAS liderlərindən olan Salih əl-Aruri öldürüldü


İsrailin Livanın paytaxtı Beyrutda pilotsuz təyyarə ilə həyata keçirdiyi hücumda HƏMAS lideri Salih əl-Arurinin öldürüldüyü açıqlanıb.



İsrail ordusu radiosunun adı açıqlanmayan xarici mənbələrə əsaslanan xəbərinə görə, Beyrutda HƏMAS Siyasi Bürosunun sədr müavini Salih əl-Aruri öldürülüb.

Livanın rəsmi xəbər agentliyi NNA, hücumla bağlı Aruri də daxil olmaqla 6 nəfərin öldüyünü, 11 nəfərin yaralandığını bildirib.

Hücumda Həmas ofisi və binanın qarşısında park edilmiş avtomobillərin 2 raketlə hədəfə alındığı bildirilib.

Agentliyin məlumatına görə, hücumdan sonra İsrail hərbi təyyarələri Beyrut və ölkənin cənubundakı Sur şəhəri səmalarında uçuşlar həyata keçirib.

NNA-nın daha əvvəl verdiyi xəbərdə İsrailin “Hizbullahın qalası” kimi tanınan Beyrutun Dahiyə bölgəsindəki Məşrafiyə rayonunda Həmas ofisinə hücum təşkil etdiyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu