Borrell Livana səfəri zamanı Hizbullahın yüksək səviyyəli rəsmisi ilə görüşüb


Aİ diplomatiya rəhbəri Josep Borrell Livanın İsrail və HƏMAS arasında müharibəyə cəlb edilməsinin qarşısını almaq üçün yanvarın 6-da Beyrutda Livanın Hizbullah hərəkatı ilə görüşüb.



Livan mətbuatı xəbər verir ki, Josep Borrell Hizbullah hərəkatının parlament blokunun rəhbəri Məhəmməd Raad ilə danışıqlar aparıb.

Euroactiv xəbər verir ki, Aİ-dəki mənbə görüşü təsdiqləyib.

"Aİ yerdə vəziyyətə təsir edən və ya maraqlı olan bütün müvafiq siyasi nümayəndələrlə diplomatik dialoq aparır", - deyə mənbə bildirib.

Xatırladaq ki, HƏMAS-ın Beyrutdakı ofisinə pilotsuz təyyarənin hücumu nəticəsində HƏMAS siyasi bürosunun sədr müavini Saleh əl-Aruri də daxil olmaqla 4 nəfər həlak olub. Livanda HƏMAS-ın yüksək rütbəli məmuru Usamə Həmdanın öldürülməsi ilə bağlı da məlumat yayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu