İsrail qəzeti: "Aruri döyüş təyyarəsindən atılan raketlə öldürülüb"


İsrail qəzeti HƏMAS Siyasi Bürosunun sədr müavini Salih əl-Arurinin öldürülməsinin silahlı pilotsuz uçuş aparatı ilə deyil, İsrail döyüş təyyarəsi ilə həyata keçirildiyini və hücumda 6 idarə olunan raketdən istifadə edildiyini yazıb.



“Yedioth Ahronoth” qəzeti yanvarın 2-də Livanın paytaxtı Beyrutda Arurinin və 6 nəfərin öldürüldüyü hadisənin təfərrüatlarını paylaşıb.

Adı açıqlanmayan Livan təhlükəsizlik rəsmisinə əsaslanan xəbərə görə, Aruri daha əvvəl mətbuatda bildirildiyi kimi PUA tərəfindən deyil, döyüş təyyarəsindən atılan raketlərlə öldürülüb.

Bildirilib ki, döyüş təyyarəsi 6 idarəolunan raket atıb və onlardan ikisi birbaşa olaraq binadakı HƏMAS-ın iclas otağına düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu