Bütün Yaxın Şərq alov içində qala bilər - Josep Borrell


"Əgər Qəzzadakı müharibənin qarşısı alınmazsa, bütün Yaxın Şərq alovlana bilər".



Euronews xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Josep Borrell deyib.

Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi İsrailin Qəzza ilə münaqişəsi həll olunmazsa, Yaxın Şərqdə zorakılığın qaçılmaz şəkildə yayılacağı barədə xəbərdarlıq edib.

Josep Borrell bu açıqlamanı HƏMAS liderinin müavini Saleh əl-Arurinin Livanın paytaxtı Beyrutda pilotsuz uçan aparatların hücumu nəticəsində öldürülməsindən bir gün sonra verib.

İsrail hücuma görə məsuliyyəti öz üzərinə götürməsə də, mümkün qisaslara hazırlaşdığını bildirib: "Nifrət kök saldı. Bu faciə tezliklə bitməsə, qorxuram ki, bütün Yaxın Şərq alov içində qala bilər".

Beynəlxalq ticarət gəmilərinin İranın dəstəklədiyi husilərin hücumuna məruz qaldığı Qırmızı dənizdə də gərginlik artır.

Borrell Aİ-yə üzv ölkələrin Qəzza zolağında atəşkəs elan olunmasını yekdilliklə tələb etmədiklərindən təəssüfləndiyini bildirib: “Biz Avropa Şurasında atəşkəsə çağırmağın zəruriliyi ilə bağlı yekdil rəyə gələ bilmədik. Biz humanitar fasilələr və müharibə qurbanlarına yardımın artırılması üçün sadə birgə çağırışla məhdudlaşdıq. Avropa Birliyi yekdil qərar və ya mövqe əldə etməyib və bu, bizi zəiflədir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu