Yaponiyada zəlzələdən 5 gün sonra 90 yaşlı qadın dağıntılar altından çıxarılıb


Yaponiyanın İşikava prefekturasının Suzu şəhərində Yaponiya dənizi sahillərində baş verən güclü zəlzələdən beş gün sonra dağılmış evdən bir qadın xilas edilib.


Kyodo polisə istinadən xəbər verir ki, ailə üzvlərindən birinin sözlərinə görə, qadının təxminən 90 yaşı var.

Suzu, Yeni il günü mərkəzi Yaponiyanın Noto yarımadasında baş verən 7,6 bal gücündə zəlzələdən ən çox zərər çəkən sahil şəhərlərindən biridir.

Şənbə günü günortaya olan məlumata görə, prefekturada 126 nəfər ölüb, 210 nəfər hələ də itkin düşüb, xilasetmə işlərinə yağış və dolu mane olub. Bazar gününə qədər yağış yağacağı, ardınca isə rayonda qar yağacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu