Ekvadorun paytaxtına hərbi texnika yeridilib


Ekvador silahlı qüvvələri iğtişaşlar fonunda paytaxt Kitonun mərkəzinə hərbi texnika yığıb.


Bu barədə "Ecuavisa" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, zirehli texnikalar şəhərin tarixi hissəsinin küçələri ilə hərəkət edir. “Ecuavisa”nın məlumatına görə, hərbçilərə paytaxtın strateji əhəmiyyətli yerlərində texnika yerləşdirmək əmri verilib.

Yanvarın 7-də Los Çoneros cinayətkar qrupunun lideri, Fito ləqəbli Xose Adolfo Villamarın Quayaquil həbsxanasından qaçmasından sonra Ekvadorda təhlükəsizlik vəziyyəti daha da pisləşib. Bundan sonra bir neçə həbsxanada iğtişaşlar baş verib. Yanvarın 8-də prezident Noboa fövqəladə vəziyyət və komendant saatı elan etdi.

Yanvarın 9-da silahlı şəxslər Ekvadorun "TC Televisión" televiziya şirkətinin Quayaquil şəhərindəki binasına soxularaq canlı yayımda teleaparıcıları girov götürüblər, lakin onlar saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu