Peru hakimiyyəti Ekvadorla sərhədə xüsusi təyinatlılar göndərəcək


Perunun Daxili İşlər Nazirliyinin rəhbəri Viktor Torres Falkon Ekvadorla sərhəddə nəzarətin gücləndirilməsi, ora xüsusi təyinatlıların göndərilməsi barədə göstəriş verib.


Bu barədə Ekvador DİN X sosial şəbəkəsində məlumat yayıb.

Ekvadorla sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirmək üçün Peru polisinin Xüsusi Əməliyyatlar Müdirliyindən (Diroes) kontingentin dərhal yerləşdirilməsi barədə göstəriş verilib.

Silahlı şəxslər Ekvadorun "TC Televisión" televiziya şirkətinin Quayaquil şəhərindəki binasına soxularaq canlı yayımda teleaparıcıları girov götürüblər, lakin onlar saxlanılıb.

Ölkədə daxili silahlı qarşıdurma rejimi tətbiq edilib. Təhlükəsizliklə bağlı vəziyyətin gərginləşməsi fonunda ordu və polis səfərbər edilib.

Dekabrda Böyük Britaniyanın Quayakildəki fəxri konsulu Kolin Armstronq Ekvadorda qaçırılıb.

Ötən ilin mayında isə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT) iclasında iştirak edən Rusiya nümayəndə heyətinin katibi Valeri Stavitskiyə hücum olub. Məlumata görə, insident Ankarada sammitin keçirildiyi otelin dəhlizində baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu