Əməkdar artist: Lüt gəzənlərə heç nə olmur


"Lüt gəzənlər də var, özünü apara bilməyənlər də. Amma onlara heç nə olmur. Çünki murdar əski tüstü götürmür. Onlara baxanda Aygün ölməli deyildi".


AFN.az azxeber.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva dava-dalaş içərisində olan şou biznes əhlinə ünvanlayıb.

"Həyatdır, itirə-itirə gedirik. Bu sənətdə olanlar sağ ikən bir-birini qırırlar. Mən bu yaşıma kimi görməmişəm ki, kimsə öləndə onu aparıb zərxaranın içində basdırsınlar. Hamımız bir parça bezdə gedəcəyik, o da qismət olsa. Bir-birinizi qırmayın, mehriban olun, dünya fanidir. Ölümü düşünün, Allahdan qorxun".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu