Meksikada 726 immiqrant insan alverçilərinin əlindən xilas edilib


Meksikanın mərkəzi Tlaxcala əyalətində anbarda saxlanılan 726 immiqrant əməliyyat nəticəsində insan alverçilərinin əlindən xilas edilib.



Meksika mətbuatında yer alan xəbərə görə, polis əyalətin San Antonio Cuaxomulco qəsəbəsindəki anbarda ağır şərtlər altında saxlanılan mühacirlərə qarşı əməliyyat keçirib.

75-i uşaq olmaqla 726 immiqrant təhlükəsizlik qüvvələri tərəfindən xilas edilib. Hadisə ilə bağlı 4 insan alveri ilə məşğul olan şəxs saxlanılıb.

Vətəndaş təhlükəsizliyi katibliyindən verilən açıqlamada immiqrantların Qvatemala, Honduras, Salvador və Nikaraqua vətəndaşları olduğu bildirilib.

Mühacirlərin həddindən artıq susuz və oksigensiz olduğu, bəzilərinin isə xəstəxanalarda müalicə olunduğu qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu