Yaponiya hava limanında ikinci təyyarə qəzası baş verib
Koreya Hava Yollarına məxsus 003490.KS nömrəli təyyarə Yaponiyanın şimalındakı Hokkaydo adasındakı New Chitose hava limanında Cathay Pacific Airways-in təyyarəsinə çırpılıb.
Bu barədə Koreya Hava Yollarının rəsmisi məlumat verib.
Aviaşirkət rəsmisi qəzanın Koreya Hava Yollarına məxsus təyyarənin uçuşa hazırlaşarkən baş verdiyini açıqlayıb.
Yaponiyanın NTV telekanalı xəsarət alanların olmadığını bildirib.