Polşada 1993-cü ildən qüvvədə olan abort qadağası aradan qaldırıla bilər


Polşanın baş naziri Donald Tusk tezliklə Polşa Seyminə 12-ci həftəyə qədər abortların qanuniləşdirilməsi ilə bağlı qanun layihəsi təqdim etməyə hazır olduğunu bildirib.


Bu barədə “Gazeta Prawna” məlumat yayıb.

Tuskun sözlərinə görə, abort onun rəhbərlik etdiyi koalisiyada “fərqli baxışların” olduğu məsələlərdən biridir. O, bu məsələ ilə bağlı qadın təşkilatları ilə daxili koalisiya məsləhətləşmələrinin keçirilməsini təklif edib.

Polşada tibbi səbəblər və ya zorlamadan sonra hamiləlik istisna olmaqla, 1993-cü ildən abort qadağandır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu