Sülh sazişi uzandıqca Paşinyanın ordu ilə bağlı problemləri artacaq - RƏY


Azərbaycan-Ermənistan sərhədində baş verən insident, Azərbaycan tərəfinin reallaşdırdığı cavab əməliyyatı bir daha gündəmə Ermənistanın müstəqil siyasət yeridə bilməməsini gətirir.


AFN.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu baş verənlərlə bağlı şərh verib. O, Ermənistanın baş naziri Nikol Paşinyanın bir müddət əvvəl verdiyi açıqlamalardan birini xatırladaraq, onun "orduda 5-ci kolon mövcuddur" fikrini yada salıb: "Aydındır ki, o bunu deyəndə Rusiyanı nəzərdə tutub. Nikol Paşinyan təhlükəsizlik sahəsində nə qədər Qərbə yaxınlaşmaq istəsə də, ordusunun zabit heyəti Sovet və Rusiya hərbi məktəb və akademiyalarının məzunlarıdır və bu heyətin bir hissəsi Rusiya hərbi kəşfiyatına bağlıdır. Odur ki, bu zabitlər Moskvadan gələn istənilən əmri yerinə yetirə bilərlər. Azərbaycan hərbçilərinə atəş açılması həmin zabitlərin tərxibatına oxşayır".
E.Şahinoğlunun fikrincə, burada məqsəd bölgədə vəziyyəti gərginləşdirmək və baş nazir Nikol Paşinyanın mövqelərini zəiflətməkdir. Politoloq qeyd edib ki, Azərbaycan üçün Ermənistan ordusunun kimlərə tabe olmasının fərqi yoxdur: "İstəyir Rusiya, istəyir Paşinyan olsun, hər bir təxribata adekvat cavab veriləcək. Əslində son təxribat Paşinyanı ciddi düşündürməlidir. Birincisi, həmin silahlar bir gün onun hakimiyyətinə də tuşlanacaq. İkincisi, baş nazir tərxibatın arxasındakı gücləri neytrallaşdırmağa çalışmalıdır, əks halda bu onun özü və ölkəsi üçün daha ağır nəticələrə yol açacaq. Son insident Paşinyanı Azərbaycanla qısa müddətdə sülh sazişini imzalamağa da həvəsləndirməlidir. Sülh sazişinin imzalanması yubandıqca Ermənistan ordusundakı təxribatçılar Paşinyana başqa problemlər də yaradacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu