Azərbaycanda kosmik obyektlərin rəsmi reyestri aparılacaq
Prezident İlham Əliyev “Kosmik fəaliyyət haqqında” 24 iyun 2023-cü il tarixli qanunun icrası ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib.
"Report" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”na kosmik obyektlər də əlavə edilib.
Azərbaycanda kosmik obyektlərin rəsmi reyestrini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi aparacaq.