İsrail Hizbullahın yüksək rütbəli komandirini öldürdü
İsrail Livanın cənubunda həyata keçirdiyi hava hücumunda Hizbullahın yüksək rütbəli komandirlərindən Həsən Hüseyn Səlamini öldürdüyünü açıqlayıb.
Bu barədə İsrail ordusundan açıqlama verilib.
Bildirilib ki, Salami Hizbullahın tərkibindəki Nasir İttifaqına və İsrailə qarşı tank əleyhinə raketlərin buraxılmasına cavabdehdir.
Təhlükəsizlik mənbələri qeyd edib ki, Salami Hizbullahın hərbi qanadında briqada komandiri rütbəsinə malik olub.
Digər tərəfdən Hizbullahdan verilən açıqlamada Səlaminin Livanın cənubundakı Məcadil qəsəbəsinə edilən hücumda öldürüldüyü təsdiqlənib.