İsrail Livanda Hizbullahın bəzi məntəqələrini vurdu


İsrail ordusu bir müddət əvvəl Livanda Hizbullaha aid bəzi məntəqələri hədəf aldığını açıqlayıb.


İsrail ordusundan verilən açıqlamada Hizbullahın istifadə etdiyi bəzi nöqtələrin döyüş təyyarələri ilə vurulduğu bildirilib.

Hücumun qısa müddət əvvəl həyata keçirildiyi və Hizbullahın infrastrukturunun, o cümlədən nəzarət qüllələrinin, bəzi silahlarının və istifadə etdiyi ərazilərin hədəfə alındığı qeyd edilib.

Hizbullah hələlik məsələ ilə bağlı açıqlama verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu