Proqnoz: Dünya ölkələrinin 80 faizində qiymətlər enməyə davam edəcək
2024-cü ildə dünya ölkələrinin 80 faizində qiymətlərin enəcəyi gözlənilir.
Bu proqnozu ABŞ-ın maliyyə naziri Canet Yellen verib. Onun G20 maliyyə rəsmilərinin Braziliyada keçirilən görüşündən əvvəl mətbuat konfransındakı çıxışından "Reuters" sitat gətirir.
Yellenin sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun 2023-cü ildə qlobal iqtisadiyyatda yavaşlama ilə bağlı gözləntiləri reallaşmayıb: bunun əvəzinə artım 3,1% olub və inflyasiya aşağı düşüb. Eyni zamanda, ölkələrin 80%-də qiymətlər azalmağa başlayıb və bu tendensiya 2024-cü ildə də davam edəcək.
ABŞ Maliyyə Nazirliyinin rəhbəri bildirib ki, risklərə baxmayaraq, qlobal iqtisadiyyat sabit olaraq qalır. Buna təsir edən amillərdən biri də işsizlik səviyyəsinin tarixi minimuma yaxınlaşdığı ABŞ iqtisadiyyatının böyüməsi idi.