Krandan daş, qum, hətta mənşəyi bilinməyən parçalar gəlir – Deputatlar narazılıq etdi


Deputatlar evlərə verilən içməli suyun keyfiyyətinin aşağı olmasından narazılıqlarını dilə gətirdilər.


Ölkə.Az xəbər verir ki, deputat Məlahət İbrahimqızı Milli Məclisdə təşkil olunan “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda keçirilən dinləmə zamanı mənzillərə verilən içməli suyun keyfiyyətinin çox aşağı olmasını aidiyyəti hökumət qurumları qarşısında qaldırıb.

“Bilmək istərdim ki, mənzillərə verilən içməli suyun keyfiyyətini müəyyən edən normativlər mövcuddurmu? Su anbarları necə yoxlanılır? Əgər varsa, o zaman suyun keyfiyyəti necə yoxlanılır? Çünki bu gün Bakıda binalarda olan su çənlərinin təmizlənməsinə nəzarət edilmir. Əksəriyyət artıq çoxmərtəbəli binalarda yaşayır. Hamı təsdiq edər ki, kranı açanda qum gəlir. Mən heç öz həyətimizdə çənin təmizlənməsini görməmişəm. Bununla bağlı qurumlar koordinasiyalı fəaliyyət göstərməlidir”, - deputat qeyd edib.

Deputat Jalə Əliyeva da içməli suyun keyfiyyətindən narazılıq edərək deyib ki, krandan nəinki daş, qum, hətta mənşəyi bilinməyən parçalar gəlir. “Buna nəzarət edilməlidir”, - o qeyd edib.

Deputat İltizam Yusifov isə bildirib ki, bu gün Azərbaycan dünyada içməli suyun keyfiyyətinə görə 100 ballıq şkalada 50-dən aşağıda qərarlaşıb. “Təmiz su ilə bağlı standartar müəyyən olunsa da, insanlar keyfiyyətli içməli su çatdırılmır. Bir yandan içməli su verilsə də, böyük əksəriyyət qablaşdırılmış sudan istifadə edir. Su standartlarına nəzarət gücləndirilməlidir”, - o qeyd edib.

Deputat Azay Quliyev də suyun keyfiyyətinin aşağı olmasından və qrafiklə verilməsindən öz narazılığını dilə gətirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu