ABŞ ordusu yenidən strukturlaşma çərçivəsində 24 min heyəti ləğv etməyi planlaşdırır


ABŞ Quru Qoşunları ordunun yenidən qurulması çərçivəsində dəyişən təhlükəsizlik mühiti və müharibənin inkişaf edən xarakterini nəzərə alaraq 24 min mövqeni ləğv etməyi planlaşdırır.



Quru Qoşunları öz saytında dərc olunan “Ordu Qüvvələri Quruluşunun Transformasiyası” adlı hesabatda yenidən strukturlaşma planını açıqlayıb.

"Dəyişən təhlükəsizlik mühiti və müharibənin inkişaf edən xarakteri fonunda ordu diqqətini texnoloji cəhətdən inkişaf etmiş hərbi qüvvələrə qarşı genişmiqyaslı döyüş əməliyyatları keçirməyə yönəldir. Ordu bu tələblərə cavab vermək üçün yeni imkanlar istehsal etməli və güc strukturunu yenidən balanslaşdırmalıdır" deyə hesabatda qeyd edilb.

Məlumata görə, yenidən strukturlaşmanın 494 min əsgər üçün nəzərdə tutulmuş Quru Qoşunlarının güc strukturu ilə qanunla 445 min olaraq təyin olunan əsgər sayı arasındakı uçurumu daraltmağa imkan verəcəyi vurğulanıb. Əsgər sayına məhdudiyyət, ordunun güc strukturunu tarazlaşdırmaq planının bir hissəsidir.

Hesabatda mövcud 24 min heyətin ləğv edilməsinin nəzərdə tutulduğu bildirilərkən, sözügedən dəyişikliyin yalnız norma ştat strukturunu əhatə etdiyi və heç bir əsgərin vəzifəsini tərk etməyəcəyi qeyd edilib.

Quru Qoşunlarının hazırkı heyətini doldurmaq üçün kifayət qədər əsgər olmadığına diqqət çəkən xəbərə görə, bir neçə il ərzində əsgər sayında artım olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu