BMT-nin məruzəçisindən ABŞ-a çağırış: İsrailin hücumlarını dayandırın!


Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin üzrə xüsusi məruzəçisi Francesca Albanese ABŞ-ı Qəzzaya havadan ərzaq yardımı etmək əvəzinə İsrailin hücumlarını dayandırmağa çağırıb.


Albanese X sosial media platformasındakı paylaşımında Yezen əl-Kefarne adlı uşağın Qəzzada "aclıq səbəbilə" öldüyünü bildirib. O qeyd edib ki, Yezen əl-Kefarne aclıqdan həyatını itirən çoxsaylı fələstinli uşaqdan biridir.

"Rahat yatsın. İsrailin hər gün bölgəyə girməsinə mane olduğu yüzlərlə yardım maşınının yerini tuta bilməyən bir neçə qida paketini havadan atmaq əvəzinə İsrailin hücumunu dayandırın" - deyə məruzəçi qeyd edib.

Martın 2-də ABŞ İordaniya Kral Hərbi Hava Qüvvələri ilə birlikdə Qəzzaya 38 min nəfərlik yeməkdən ibarət humanitar yardım göndərdiyini açıqlayıb.

İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 13 min 230-u uşaq, 8 min 860-ı qadın olmaqla 30 min 534 fələstinli həlak olub, 71 min 920 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu