Yunanıstanın baş naziri Rusiyanı Avropanın düşməni adlandırdı


Yunanıstanın baş naziri Kiriakos Mitsotakis martın 7-də Avropa Xalq Partiyasının Buxarestdə keçirilən konfransında Rusiyanı Avropanın düşməni adlandırıb.


Yunan siyasətçinin sözlərini ERT telekanalı sitat gətirib.

Onun sözlərinə görə, Avropa dövlətləri lazım olduğu qədər Ukraynanı dəstəkləməyə davam etməkdə qərarlıdırlar.

Digər məsələlərlə yanaşı Mitsotakis Yunanıstanın adambaşına ən çox müdafiə xərclərinə malik NATO ölkələrindən biri olduğunu da bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu