Ukraynada Mitsotakisin karvanı yaxınlığında partlayış baş verib


Ukraynanın Odessa şəhərində Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin olduğu karvandan 150 metr aralıda partlayış baş verib.



Yunanıstanın “Proto Thema” qəzeti Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Odessaya gələn Mitsotakis və heyətinin olduğu karvandan 150 metr aralıda partlayış baş verdiyini yazıb.

Qəzetə danışan Yunanıstanın dövlət naziri Stavros Papastavrou da hadisəni təsdiqləyib və Yunanıstan nümayəndə heyətinin yaxşı olduğunu bildirib.

Odessada hava hücumu həyəcanı verildiyi və partlayışın Rusiyanın Odessaya raket hücumu nəticəsində baş verdiyi iddia edilib. Partlayışla bağlı Ukraynadan hələlik rəsmi açıqlama verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu