FTB-nin təlim mərkəzində partlayış baş verib


ABŞ-ın Kaliforniya ştatında, Federal Təhqiqatlar Bürosunun (FTB) təlim mərkəzində təlim zamanı partlayış baş verib.


Bu barədə yerli media yazıb.

Bildirilir ki, partlayış Orinc dairəsinin xüsusi təyinatlıları istehkamçılarla birgə təlimlər keçirərkən baş verib. Hadisə nəticəsində azı 16 nəfər xəsarət alıb, onlardan 15-i yerli xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, 13 zərərçəkən başgicəllənmə və qulaqlarda cingiltidən şikayət edib. Bəziləri ayaqlarından və kürəklərindən xəsarət aldığını bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu