Kişida: Süni intellektlə yaradılmış saxta məzmun cəmiyyətdə sabitliyi poza bilər


Yaponiyanın Baş naziri Fumio Kişida süni intellektin yaratdığı saxta video və audio məzmunun insanların doğru və yalan məlumatı ayırd etməyi çətinləşdirdiyini və cəmiyyəti sabitliyi poza biləcəyini bəyan edib. O, buna qarşı beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.


Kişida Cənubi Koreya prezidenti Yoon Seuk-yeolun ev sahibliyi ilə Seulda keçirilən “3-cü Demokratiya Sammiti”nin onlayn sessiyasında çıxış edib.

Süni intellekt texnologiyalarının demokratiyalara təsirlərinə toxunan baş nazir saxta xəbərlərin sosial qarşıdurma və parçalanmaya səbəb ola biləcəyini iddia edib.

“Süni intellektin yaratdığı saxta video və audio məzmun insanların doğru və yalan məlumatı ayırd etmələrini çətinləşdirir” - deyə Fumio Kişida qeyd edib.

Yaponiyanın baş naziri bu vəziyyətin insanların siyasi seçim etmək imkanlarına mane ola biləcəyini qeyib.

Rəqəmsal texnologiyaların nifrət nitqinin yayılmasını asanlaşdırdığını qeyd edən Kişida, "Bu, cəmiyyətdə parçalanmalara səbəb ola bilər və sağlam danışıqların qarşısını ala bilər" - deyə vurğulayıb. O qeyd edib ki, dezinformasiyanın yayılması bütün ölkələr üçün ümumi problemdir. Kişida buna qarşı beynəlxalq səviyyədə ümumi anlaşma və əməkdaşlıq tələb olunduğunu bir daha gündəmə gətirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu