Dadlı qaraciyə paşteti necə hazırlanır?


Qaraciyər yeməyin bir çox faydaları var. Qan artırmaqdan tutmuş, bədənin müqavimətini artırmağa qədər xeyli istiqamətdə xeyirli olan bu məhsul müxtəlif formalarda istehlak edilə bilər.


AFN.az bu yazıda qaraciyər paştetinin hazırlanmasını təqdim edir. Hansı ki, bu formada istehlak qaraciyərin daha faydalı olmasına gətirib çıxarır. Beləliklə, 600 qram qaraciyəri 2-3 ortaboy soğanla az yağda qovururuq. Tam bişib yağa düşdükdən sonra soyumağa qoyuruq. Bu müddətdə 3 ədəd ortaboy kökü, 2 ya da 3 ədəd yumurtanı bişiririk. Bunları da soyutduqdan sonra əvvəl qaraciyəri, ardınca kök və yumurtanı, daha sonra 50 qram kərə yağını və 200-250 qram qoz ləpəsini maşından keçirib qarışdırırıq. Qarışımı təkrar maşından keçiririk.
Qarışıma zövqə görə duz-istiot vurduqdan sonra yaxşıca qarışdırıb 3 bərabər hissəyə bölürük. Təxminən 30 santimetrlik yağlı kağız kəsib dəzgahın üzərinə səririk. Yağlı kağızın üzərinə streç salafan səririk. Hazırladığımız qarışın bir hissəsini üzərinə qoyub əlimizlə bərabər ölçüdə hər tərəfinə yayırıq. Üzərinə kənarda ərniklədib yumşaq hala gətirdiyimiz kərə yağını çəkirik. Sonra streç salafanın bir tərəfindən tutub bükməyə başlayırıq, ehtiyatla büküb axıra çatdıqda streç salafanı götürüb alınan ruleti yağlı kağıza bükürük. Yağlı kağızın hər iki tərəfini büküb bağlayıb hazır olan ruleti soyuducuya qoyuruq. Eyni qaydada qarışımın digər hissələrini də hazırlayıb soyuducuya yerləşdiririk. 3-4 saat qalıb bərkidikdən sonra çıxarıb doğrayıb istehlak edirik.

Hazırlayan hər kəsə nuş olsun!




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu