Şimali Koreya gəmisi batdı, 90 əsgər həlak oldu


Həddindən artıq yüklənmiş Şimali Koreya gəmisi ölkənin cənub sərhəd bölgəsinin sularında çevrilərək 90-a yaxın adamın ölümünə səbəb olub.


AFN.az xəbər verir ki, bu barədə Seulda yerləşən "TV Chosun" bildirib. Qeyd edilir ki, mayın əvvəlində baş verən qəza Şimali Koreya ordusunda daxili qarışıqlıq yaradıb.

Böyük gəmidə ordudan səfərbər edilmiş 130-dan çox işçinin olduğu və hadisənin qrupun ölkənin şərqində sərhəd istehkamlarının tikintisi üçün daşınarkən baş verdiyi bildirilir.

Şimali Koreya qəza ilə bağlı təfərrüatları açıqlamayıb.

Gündə minə qədər əsgərin səfərbər edilməsi əmri yanvarın ortalarında Şimali Koreya lideri Kim Çen Inın cənubu öz rejiminin “baş düşməni” adlandırdığı milli müraciətindən sonra başlayıb.

Müşahidəçilər Kimin müharibəyə getməyə qərar verdiyi qənaətinə gəliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu