Şəhid Ülvi Həsənova həsr edilən tanıtım filmi təqdim edildi - FOTOLAR


Azərbaycan-Slavyan Gəncləri Assosiyasiyası (ASGA) və 7NEWS.az xəbər saytının ərsəyə gətirdiyi "Şuşaya qədər gedən 19 yaşlı Şəhid: ÜLVİ HƏSƏNOV HAQQINDA" sənədli film şəhər ictimaiyyətinə təqdim edilib.



Mingəçevir Gənclər Evində reallaşan tədbiri giriş sözü ilə açan ASGA sədri Səbuhi Abbasov Şəhid Ülvi Həsənov haqqında geniş məlumat verib.

Daha sonra film şəhər ictimaiyyətinə təqdim edildi. Təqdimatdan sonra Mingəçevir şəhərində Şəhid və Qazi ailələrinə dəstək olan, onların problemlərini gündəmdə saxlayan ictimai, fəal şəxslər ASGA Fəxri Diplomu ilə təltif ediliblər.

Məlumat üçün qeyd edək ki, film ASGA və 7NEWS.az-ın daxili imkanları hesabına ərsəyə gəlib. Bununla Mingəçevir Şəhidləri ilə bağlı 15-ci filmin təqdimatı uğurla reallaşıb.

Tədbirin sonunda 30-dan çox Şəhid ailəsinin imzası ilə Kür qırağında, reqadanın finişində "Zəfər seyrəngahı"nın yaradılması ilə bağlı ölkə başçısına müraciət olunub.
































AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu