Kürdəmirdə dəhşətli qəza - Ölənlər var


Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.


Rayon sakini 1992-ci il təvəllüdlü Umudov Əflatun Əflan oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Cəyli kəndi ərazisində aşıb.

Bir neçə dəfə yuvarlanaraq əkin sahəsinə düşən maşının sürücüsü ağır xəsarətlər alıb.

Avtomobildə olan sərnişinlər - 1984-cü il təvəllüdlü Ceyhun Ağanəzər oğlu Xanalıyev, 1993-cü il təvəllüdlü Toğrul Hikmət oğlu Xanalıyev və 1982-ci il təvəllüdlü Süleyman Qarakişi oğlu Əhmədov hadisə yerində vəfat edib.

Vəfat edən şəxslərdən Ceyhunla Süleyman bacanaq olublar.

Sürücü Umudov Əflatun ağır vəziyyətdə Bakıya aparılıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu