"Freddi" qasırğası 36 günlə tarixin ən uzun qasırğası oldu
Ümumdünya Meteorologiya Təşkilatı (WMO) 2023-cü ildə Afrikanın cənub-şərq sahillərinə təsir edən "Freddi" qasırğasının tarixdə 36 günlə ən uzun sürən qasırğa olduğunu açıqlayıb.
WMO-nun verdiyi açıqlamada bildirilib ki, beynəlxalq ekspertlər komitəsi 2023-cü ilin fevral və mart aylarında Afrikaya təsir edən "Freddi" qasırğası ilə bağlı ətraflı təhlil aparıb.
Açıqlamada "Freddi"nin 36 günlə tarixin ən uzun qasırğası olduğu və yeni dünya rekordunun əldə edildiyi ifadə edilib.
"Freddi" qasırğasının 12 min kilometrdən çox məsafə qət edərək ən uzun məsafəyə çatan ikinci qasırğa olduğu və bu məsafənin dünya çevrəsinin təxminən 33 faizinə uyğun gəldiyi ifadə edilib.
Əvvəlki rekord 1994-cü ildə Mərkəzi Sakit okeanda təxminən 30 gün davam edən "Con" qasırğasına məxsus idi.
“Freddi” qasırğası nəticəsində Malavidə 1200-dən çox insanın öldüyü və ya itkin düşdüyü, 2 mindən çox insanın isə yaralandığı bildirilib.
Mozambikdə təxminən 1,3 milyon insan qasırğadan mənfi təsirlənib və 180-dən çox insan həyatını itirib. "Freddi" qasırğası Madaqaskarda təxminən 200 min insana mənfi təsir edib.