Vətəndaşın evinə zərər vuran söküntü işləri dayandırıldı


Gecə saatlarında Bakının mərkəzində bir neçə ailənin evinin sökülməsi ilə bağlı görüntülər yayılıb. Kadrlarda vətəndaşların evindən çıxarıldığı, söküntünün qeyri-qanuni aparıldığı qeyd edilib.


DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Yasamal rayonu, B.Şahtaxtinski küçəsində yaşayış evlərinə tikinti şirkətlərindən biri tərəfindən zərər vurulması ilə bağlı daxil olan məlumat üzrə araşdırma aparılır.

İyulun 5-də saat 00:49 radələrində vətəndaş N.Nəcəfzadə DİN-in 102 Zəng Mərkəzinə ərazidə tikinti aparan MTK tərəfindən evlərdə yaşayış olduğu halda evlərin sökülməsi barədə məlumat verib. Məlumatla bağlı polis əməkdaşları həmin ünvanda razılıq olmadan bir neçə mənzilin divarlarına zərər vurulmasını müəyyən ediblər.

Vətəndaşın müraciəti əsasında söküntü işləri aparan şirkətin işləri dayandırılıb.

Faktla bağlı prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu