Çexiyanın Parisdəki səfirliyində yanğın başlayıb


Çexiyanın Parisdəki səfirliyində yanğın baş verib və səfirliyin bütün əməkdaşları təxliyə edilib.


Bu barədə CT24 telekanalı məlumat yayıb.

“Yanğın olduğunu təsdiqləyə bilərik. Heç kim xəsarət almayıb”, - deyə Çexiya Xarici İşlər Nazirliyinin sözçüsü Daniel Drake mediaya şərhində bildirib.

Alov səfirliyin əsas binasını bürüyüb, lakin fövqəladə hallar xidməti binanı mühafizə edib və hazırda dəymiş ziyanı qeydə alır. CT24 qeyd edir ki, yanğının səbəbi müəyyən edilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu