Kanadada meşə yanğınları dağıntılara səbəb olur


İyulun 19-dan bəri Kanadanın qərbində davam edən meşə yanğınlarında bölgədəki avtomobillər və evlər yanıb.


Kanadanın turizm bölgəsi olan Jasper Milli Parkına yayılan meşə yanğınları böyük zərərlər buraxıb.

Albertada təxminən 25 min insanın təxliyəsinə səbəb olan yanğınlar Jasper Milli Parkındakı 1113 tikilidən 358-ni məhv edib.

Yanğınlarda evini itirən Jasper bələdiyyə başçısı Riçard İrland evindən yalnız xatirələrin qaldığını və bir çox insanın eyni vəziyyətdə olduğunu bildirib.

Səlahiyyətlilər yanğınların səbəblərinin araşdırıldığını, yanğınsöndürmə qruplarının havaların soyumasından və yağışlardan istifadə edərək qaynar nöqtələri nəzarətə götürdüyünü bildirib.

Bazar ertəsi günündən etibarən hava istiliyinin yenidən yüksəlməsinin gözlənildiyini qeyd edən səlahiyyətlilər, Alberta əyalətində 48 nəzarətsiz meşə yanğınının davam etdiyini açıqlayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu