Kanadada meşə yanğınları səbəbiylə 6600 adam üçün təxliyə əmri verildi


Kanadanın Qərbi Kanada bölgəsi cümə günü başlayan meşə yanğınları ilə mübarizə aparır.



Qərbi Kanada bölgəsindəki Alberta əyalətində yayılan meşə yanğınları səbəbilə 6600 nəfərin təxliyyə qərarı verilib.

Wood Buffalo Regional Bələdiyyəsi tərəfindən yerli fövqəladə vəziyyət elan edildikdən sonra evakuasiya əmri verilib.

Alberta ştatının Vud Buffalo bölgəsindəki Fort-MakMürrey şəhərinin müxtəlif məhəllələrində təxliyələr həyata keçirilib.

Bildirilib ki, sürətlə yayılan meşə yanğınları səbəbindən yerli və magistral yollar avtomobillərlə dolu olub.

Alberta ştatında 209 kvadrat kilometr ərazidə yanğının davam etdiyi bildirilib.

Rəsmilər ölkə üzrə 134 aktiv yanğının olduğunu açıqlayıb və 43 yanğının nəzarətdən çıxdığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu