Kanadanın qərbində minlərlə insan meşə yanğınları səbəbindən təxliyə edilir


Böyük miqyaslı meşə yanğınları Kanadanın qərbindəki Alberta və Britaniya Kolumbiyası əyalətlərinin minlərlə sakinini təxliyə etməyə məcbur edib.


Bu barədə CTV telekanalı məlumat yayıb.

O cümlədən, eyniadlı milli təbiət qoruğunun ərazisində yerləşən Jasper şəhərinin 4,7 min sakini təxliyə barədə göstəriş alıb. Britaniya Kolumbiyasında Vilyams Lake bölgəsində yaşayan vətəndaşlara evlərini tərk etmək əmri verilir. Təxliyə bir neçə qocalar evinə də təsir edəcək. İtkilər barədə məlumat verilmir.

Yanğınlara güclü istilər və ildırım çaxması səbəb olub. Britaniya Kolumbiyası Ətraf Mühit Xidmətinin məlumatına görə, iyulun 21-də təkcə bu bölgədə 20 mindən çox ildırım çaxması qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu