Səməd Seyidov danışdı, yaşlı insanlar ayaqüstə gözlədilər - VİDEO


107 saylı Qazax seçki dairəsindən namizədliyini verən VI çağırış Milli Məclisin deputatı Səməd Seyidovun seçicilərlə görüşü keçirilib.


AFN.az xəbər verir ki, S.Seyidovun sosial şəbəkələrdə paylaşdığı videoda maraqlı məqamlar diqqət çəkib. Belə ki, hələ namizəd olan S.Seyidov çıxış edərkən onun yanındakı yaşlı insanların ayaqüstə gözləməsi tənqidlə qarşılanıb. Videodan da göründüyü kimi, namizədin yanında ayaqüstə dayanan adamlar arasında yaşlı insanlar da var. Onların da çıxış zamanı əmrə müntəzir vəziyyətdə ayaqüstə gözləməsi qeyri-səmimi görüntü yaradıb. Sosial şəbəkə istifadəçiləri görüntüləri tənqid ediblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu