Onlar vitse-spiker seçildi - Yenilənib
Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında parlamentin sədr müavinlərinin seçilməsi məsələsi müzakirə edilib.
Səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Əli Əhmədov I vitse-spiker, bitərəflərin namizədi Musa Qasımlı, parlamentdə azlıq təşkil edən partiyaların namizədi Rafael Huseynli və Ziyafət Əsgərov isə vitse-spikerlər seçilib. (Qafqazinfo)
***
Bu gün Milli Məclisin yeni tərkibdə ilk iclası keçiriləcək.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Milli Məclis sədrinin müavini postuna namizəd olub. Onun spikerin birinci müavini olacağı bildirilir.
Eyni zamanda, Musa Qasımlı və Rafael Hüseynovun da parlament sədrinin müavini postuna namizədlikləri təsdiqlənib.
Milli Məclisin VI çağırışında sədr müavini olan Fəzail İbrahimli VII çağırışda bu postda olmayacaq.
Digər məlumata görə isə, Milli Məclisin VII çağırışında Birinci müavin və 3 vitse-spiker olacaq.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.