Bloomberg: Qərb Kiyevə ayrılan vəsaiti öz ehtiyaclarına yönləndirmək üçün səbəb axtarır


Bir çox Qərb ölkələri Ukraynaya yardım üçün ayrılan vəsaiti öz daxili ehtiyaclarına yönəltmək üçün səbəb axtarır.


AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Nəşrin məlumatına görə, xüsusilə Almaniya gələn il Kiyevə ayrılan yardımı əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır. Eyni zamanda, agentlik göstərir ki, Qərb ölkələri Ukraynada hərbi əməliyyatların dayandırılmasından istifadə edərək, təchizat və yardımı saxlaya bilər.

“The Economist” nəşri isə Almaniya və Fransada son seçkilərin nəticələrini, həmçinin ABŞ prezidentliyinə namizəd Donald Trampın mövqeyini misal gətirərək, Qərbdə münaqişə yorğunluğunun hiss olunmağa başladığına diqqət çəkib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu