Bloomberg: Avropa NATO ölkələri Sakit Okeanda mövcudluğunu artırır


Şimali Atlantika Alyansına üzv olan Avropa ölkələri Çindən gələn təhdid olduğu iddiası ilə ABŞ-ı dəstəkləmək üçün Sakit Okeanda mövcudluğunu artırır.


Bu barədə "Bloomberg" məlumat yayıb.

Nəşr bildirir ki, İtaliya bu yaxınlarda “Cavour” təyyarədaşıyan gəmisini Sakit okeana göndərib. İngilis təyyarədaşıyan gəmisi "HMS Prince of Wales" 2025-ci ildə oraya çatmalıdır. Gəmilərin göndərilməsi planları Fransa, Almaniya və Hollandiya tərəfindən də səsləndirilib. "Bloomberg"in məlumatına görə, Avropa ölkələrinin iştirakına ehtiyac Amerika gəmilərinin dünyanın digər regionlarında, məsələn, Yaxın Şərqdə yerləşdirilməsi, eləcə də ABŞ və AB-nin Çinlə münasibətlərində gərginliyin artması fonunda yaranıb.

Eyni zamanda, agentlik qeyd edib ki, Avropa ölkələri çox güman ki, aparıcı rol iddia etmədən ABŞ qüvvələrini yalnız tamamlaya və ya lazım gələrsə, əvəz edə biləcək. Bundan əlavə, agentlik xatırladıb ki, NATO üzvləri alyans üzvlərindən birinə hücum zamanı yalnız Avropa və Şimali Amerikada bir-birlərini müdafiə etməyə borcludurlar, Asiya-Sakit okean regionunda deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu