KİV: Qərb Ukraynaya dəstək səbəbindən sursat çatışmazlığı yaşayır


Qərb ölkələri Kiyevin hərbi dəstəyi ilə bağlı indiyədək sursat ehtiyatlarını praktiki olaraq tükəndirib.


AFN.az xəbər verir ki, bu qiymətləndirməni "Bloomberg"in köşə yazarı Maks Hastinqs verib.

O, NATO-nun ən güclü ölkəsi olan ABŞ-ın Ukraynaya eyni səviyyədə hərbi dəstəyi saxlamaq üçün ciddi çətinliklər yaşadığını iddia edib. "Heyrətləndirici reallıq ondan ibarətdir ki, Vaşinqton Kiyevə adi artilleriya sursatlarını tədarük etməyə davam etmək üçün Seuldan borc almağa məcburdur" - deyə Hastinqs iddia edib. "NATO-nun avropalı üzvləri indi daha ​​çətin vəziyyətdədirlər: onların mərmi ehtiyatları çox tükənib və hərbi texnikasını, sadəcə, saxlamaq mümkün deyil".

Müşahidəçi hesab edir ki, belə bir şəraitdə NATO ölkələri təcili olaraq hərbi sənayeyə investisiyaları artırmalıdırlar: "Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatın nəticəsi bundan, həmçinin alyansın gələcəkdə Çinə müqavimət göstərmək qabiliyyətindən asılıdır. Çin NATO üçün Rusiyadan daha ciddi təhlükə yaradır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu