NATO və ATƏT-də Ukraynaya görə TƏCİLİ toplantı
Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlaması qərarından sonra NATO ölkələri bu gün səhər saatlarında təcili görüş keçirəcək.
Bu barədə Frans Press Agentliyi NATO-dakı mənbəyə istinadən məlumat yayıb.
Bundan əlavə, ATƏT-in daimi şurasının təcili iclasına hazırlıq işləri gedir.
Qeyd edək ki, səhər saatlarında Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.