NATO-nun silah ehtiyatları çox kiçilib - Stoltenberq


NATO sərf edilmiş hərbi ehtiyatlarla bağlı problemlər yaşayır.


AFN.az xəbər verir ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq bildirib.

"NATO dünyanın ən böyük hərbi qüvvəsidir, o, dünyanın hərbi gücünün təxminən yarısını təmsil edir və hərbi baxımdan biz Rusiyadan güclüyük", - deyə o, Münhen Təhlükəsizlik Konfransında qeyd edib.

"Ancaq eyni zamanda Ukraynadakı müharibə göstərdi ki, açıq-aşkar problemlər var, döyüş əməliyyatlarını davam etdirmək üçün ehtiyat hissələri, texniki xidmət və döyüş sursatları lazımdır. Ukraynada müharibə başlayandan bəri biz ehtiyatlarımızı istifadə etmişik. İndi bizim ehtiyatlarımız çox kiçilib, ona görə də biz təcili olaraq hasilatı artırırıq”, - deyə Stoltenberq bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu