Bloomberg: Qərb Ukraynaya əks-hücum üçün 200 tank və 300 zirehli texnika verib
Qərb 2022-ci ilin dekabrından etibarən Kiyevin əks-hücum əməliyyatına hazırlığının bir hissəsi olaraq Ukraynaya 200-dən çox tank və 300 piyada döyüş maşını və digər silahlar verib.
AFN.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məqalədə bildirilir ki, hazırda Ukrayna qoşunlarının sayı təxminən 700 min nəfərdir. Eyni zamanda, Ukrayna bölmələrinin bir hissəsi Qərb tipli silahlarla, digəri isə keçmiş Varşava Müqaviləsi ölkələri tərəfindən Kiyevə verilən sovet silahları ilə təchiz edilib.
Agentlik qeyd edir ki, Ukrayna tərəfindən uğursuz əks-hücum olarsa, münaqişə növbəti “dalan” ilə üzləşə bilər və Qərb ölkələri Kiyevi atəşkəs razılaşması çərçivəsində itirilmiş əraziləri qaytarmaqdan imtina etməyə məcbur etməyə çalışacaq.