Bayden prezident seçkilərinə vaxtından əvvəl səs verib


ABŞ prezidenti Co Bayden doğma şəhəri Delaverdə 5 noyabrda keçiriləcək prezident seçkilərinə erkən səs verib.



ABŞ prezidenti Bayden səhər saatlarında Delaver ştatının Vilmington şəhərindəki seçki mərkəzinə gedib və erkən səs verib.

Amerika mediasının böyük marağına səbəb olan erkən səsvermə prosesi üçün seçki mərkəzinə gedən Bayden digər amerikalılarla sıraya düzülərək seçicilərlə söhbət edib.

Əlil arabasında olan yaşlı qadına səs verəcəyi binaya girməsinə kömək edən Bayden şəxsiyyət vəsiqəsi yoxlanıldıqdan sonra qarşısındakı ekranda elektron imzasını atıb.

Daha sonra Bayden ona göstərilən səsvermə aparatına tərəf dönüb və qapalı kupedə səs verib.

Çıxışda jurnalistlərə qısa açıqlama verən Bayden, Respublikaçı namizəd Donald Trampın həftə sonu verdiyi bəzi açıqlamalara toxunaraq, bu açıqlamaların çox utancverici olduğunu bildirib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu