Hindistanda avtobusun dərəyə aşması nəticəsində 36 nəfər ölüb
Hindistanın Uttarakhand əyalətində avtobusun dərəyə aşması nəticəsində 36 nəfər ölüb.
"Hindustan Times" qəzetinin məlumatına görə, səlahiyyətlilər Qarxvaldan Kumaon bölgəsinə doğru hərəkət edən avtobusun vadiyə düşdüyünü bildiriblər.
Səlahiyyətlilər əyalətin Almora bölgəsində baş verən qəzada 36 nəfərin həyatını itirdiyini bildirib.
Avtobusun tutumundan daha çox sərnişin daşıdığını və qəza nəticəsində 20-dən çox insanın yaralandığını qeyd edilib.
Səlahiyyətlilər qəzada ağır yaralananlar səbəbindən ölənlərin sayının arta biləcəyini və axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.
Mənbə: AA