Paris Hiltonun Malibudakı evi yanıb


Teleaparıcı, aktrisa və model Paris Hiltonun Malibudakı evi Kaliforniyanın Los-Anceles dairəsini əhatə edən yanğın nəticəsində yanıb.


AFN.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bildirilir ki, aktrisanın evi tamamilə yanıb. Hilton orada daimi yaşamırmış, bu, onun mülklərindən biri olub.

Kaliforniya Yanğın Xidmətinin məlumatına görə, Los-Anceles qraflığında yanğınların ümumi sahəsi təxminən 11 min hektara çatıb. Yanğın 1000-dən çox binanı məhv edib, ən azı 5 nəfər həlak olub. Rayonda 175 mindən çox elektrik istehlakçısı işıqsız qalıb.

Yerli hakimiyyət qonşu əyalətlərdən olan yanğınsöndürənlərdən kömək istəyib və Vaşinqton, Oreqon və Nevadadan da təcili yardım xidmətləri göndərilib. Lakin yanğını söndürmək hələ də mümkün olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu